KARABAĞ ÖZ YURDUMUZDUR, EMRİVAKİLERE TESLİM OLMAYACAĞIZ!

18 Mayıs 2020 Pazartesi 00:29

KARABAĞ ÖZ YURDUMUZDUR, EMRİVAKİLERE TESLİM OLMAYACAĞIZ, HAKLARIMIZI GERİ ALMAK İÇİN NE LAZIMSA YAPACAĞIZ ! BU ZİLLETE SEYİRCİ KALAN HÜKÜMET İSTEMEYİZ !

KARABAĞ ÖZ YURDUMUZDUR, EMRİVAKİLERE TESLİM OLMAYACAĞIZ!
Şuşada daha bir rəzilliyə yol vermək olmaz!

Mayın 21-də ermənilərin qondarma Dağlıq Qarabağ rejiminin və himayədarlarının işğal altında olan Şuşamızda sözdə "prezident" inaqurasiya mərasimi keçirməsinə əsla yol verilməməlidir. Bu artıq Azərbaycana meydan oxumaqdan ötə, birmənalı olaraq Azərbaycan xalqını hər anlamda aşağılamaqdır.

Atəşkəs rejimi dövründə qondarma rejimin hər bir işi nümayişkaranə şəkildə ortaya qoyması, üstəlik bu dəfə bunu Şuşada etməsinin əməli cavabı olmalıdır. Əks təqdirdə onsuz da, beynəlxaq aləmdə aşağı olan nüfuzmuzun tamamilə yerlə yeksan olması deməkdir.


Ölkə daxilində və xaricində yaşayan azərbaycanlılar buna səssiz qalmamalıdır.


Azərbaycan rəhbərliyindən tək tələbimiz buna qarşılıq olaraq, həmin qeyri qanuni inaqurasiya mərasiminə havadan və qurudan hərbi zərbələr endirilməlidir.


Əgər bu atəşkəs rejiminin birdəfəlik pozulması ilə nəticələnərsə, şərəfli bir müharibəyə başlamaq üçün çox əla şansdır.
Artıq yetər!


Əgər buna da əsaslı cavab verə bilməsək, bundan böyük, dəhşətli nə rəzillik olmalıdır ki, sözümüzü deyək, düşmənə layiqli cavab verək!?


Azərbaycan xalqı, artıq bir yumruq olub, düşmənə layiqli cavab vermək üçün Milli iradə ortaya qoymalıdır.
Şuşada erməni dığalarının və himayədarlarının Azərbaycan xalqını bu formada, özü də nümayişkaranə şəkildə təhqir etməsinə yol vermək olmaz.


Hər bir azərbaycanlı öz vicdanı qarşısında cavabdehdir!


Hər bir rəzilliyə göz yummaq növbəti rəzilliyə rəvac verir.


Artıq yetər!


AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, Doçent Faiq ƏLƏKBƏRLİ
Anahtar Kelimeler

Yorum Gönder

@name x